26 sentyabr tarixində Carlsberg Azerbaijan-ın təşəbbüsü ilə Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) Sürətli satılan istehlak malları (FMCG) Komitəsinin iclası keçirildi. Tədbir “FMCG sektorunda işəgötürən brendinin formalaşdırılması” mövzusuna həsr olunmuşdu. Sessiya bir daha göstərdi ki, böyük brendlər yalnız məhsullarla deyil, onların arxasında dayanan insanlar sayəsində formalaşır.
Tədbirin açılışı AMCHAM FMCG Komitəsinin sədri və Carlsberg Group-un QBA (Qazaxıstan, Belarus və Azərbaycan) bazarlarında Korporativ Ünsiyyətlər üzrə Direktoru Lalə Əfəndinin çıxışı ilə başladı. O, FMCG sektorunda güclü işəgötürən brendinin formalaşdırılmasının istedadlı kadrların cəlb edilməsi və onların saxlanılması baxımından artan əhəmiyyətini vurğuladı.
Carlsberg Azerbaijan-ın Marketinq Direktoru Anton Panasenko Carlsberg-in qlobal təcrübəsindən irəli gələn əsas məqamları iştirakçılarla bölüşərək qeyd etdi ki, işəgötürən brendi sadəcə HR təşəbbüsü olmaqdan daha artığını ifadə edir – bu, şirkətin gələcəyinin formalaşdırılmasında və əməkdaşların motivasiyasının artırılmasında mühüm rol oynayır.
Tədbirdə çıxış edən, İnsanlar və Mədəniyyət Departamentinin İşə Qəbul və Onboarding üzrə Mütəxəssisi Təranə Hüseynbəyova, Carlsberg Group-un qlobal dəyərlərinin yerli bazarda necə tətbiq olunduğu barədə danışdı. O, eyni zamanda Carlsberg Azerbaijan-da əməkdaşların rifahı, təlim və inkişaf imkanları haqqında da məlumat verdi.
Görüş səmərəli fikir mübadiləsi ilə yekunlaşdı – iştirakçılar sektorun qarşısında duran əsas çağırışları, qabaqcıl təcrübələri və işəgötürən brendinin inkişafında innovativ yanaşmaları müzakirə etdilər.
Korporativ Ünsiyyətlər üzrə Rəhbər