5 may tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Naziri Mikayıl Cabbarov, Mərkəzi və Şərqi Avropa və Hindistan üzrə icraçı vitse-prezidenti Nikos Kalaitzidakis və regional və yerli komandaların iştirakı ilə keçirilən yüksək səviyyəli görüşlə başladı. Görüş zamanı Carlsberg Azerbaijan üçün mühüm əhəmiyyət kəsb edən Anlaşma Memorandumu imzalandı.
Razılaşma 2025–2029-cu illəri əhatə edir və ümumilikdə 30 milyon AZN məbləğində investisiya yatırımını nəzərdə tutur. Bu investisiya xammal və qablaşdırma materiallarının lokallaşdırılması, əmək şəraitinin yaxşılaşdırılması, pivə istehsalı və ticarət avadanlıqlarının yenilənməsi, dayanıqlı inkişaf təşəbbüslərinin həyata keçirilməsi və Azərbaycan istehsalı olan pivənin ixrac potensialının artırılmasını hədəfləyir.
Bundan əlavə, görüşdə şirkətin Azərbaycandakı uğurlu fəaliyyəti və yerli istehsala olan dəstəyi yüksək qiymətləndirilib və potensial addımlar müzakirə olunub.



Korporativ Ünsiyyətlər üzrə Rəhbər