Menyu

Endirim sistemində dəyişikliklər haqqında məlumat

Hörmətli Dilerlər,

1 fevral 2019-cu il tarixində distribütorlara məlumat verildiyi kimi, hal-hazırda "Carlsberg Azerbaijan" MMC On-trade kanalının endirim sistemində 1 aprel 2019-cu il tarixindən qüvvəyə minəcək aşağıdakı dəyişikliklər haqqında dilerlərə məlumat verir:

33 Export çəllək (KEQ) üçün: sabit endirim 11%-dən 1%-ə azaldılıb. Bu SKU üçün ümumi endirim 8%.

Xirdalan çəllək (KEQ) üçün: sabit endirim 20%-dən 11%-ə azaldılıb. Bu SKU üçün ümumi endirim 18%.

Əlavə olaraq, dilerlərə dəyişən endirimin əldə edilməsi meyarları aşağıda qeyd olunduğu kimi dəyişdiriləcəyi haqqında məlumat verilir:

Süzmə pivənin satışı üçün şəxsi ticarət avadanlığının təqdimatı üzrə endirim 4% olacaq

Süzmə pivənin satışı üçün şəxsi taranın təqdimatı üzrə endirim  3% olacaq

Əlaqə

Lütfən suallarınızla müraciət edin

Korporativ Ünsiyyətlər üzrə Rəhbər

Nadejda Ovsyannikova

Tel +99412 3420900 (dax: 1300); +994 50 245 27 41 Email Nadejda.Ovsiannikova@carlsberg.az

Korporativ Ünsiyyətlər üzrə Rəhbər

Lalə Əfəndi

Tel +99412 3420900; +994502867664 Email Lala.Afandi@carlsberg.az