Menyu

CARLSBERG AZERBAIJAN ŞİRKƏTİ VƏ EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİ QARŞILIQLI ANLAŞMA HAQQINDA MEMORANDUM İMZALADILAR

İyunun 12-si ölkənin ən böyük pivə şirkəti Carlsberg Azerbaijan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Qarşılıqlı Anlaşma haqqında Memorandum imzaladı.

Memorandum ətraf mühitin qorunması məqsədi ilə tullantıların idarə edilməsi sahəsində kooperasiyaya yönəldilən üç illik əməkdaşlığı nəzərdə tutur. Memorandum Carlsberg Azerbaijan pivə zavodunun 50 illik yubileyinə həsr olunmuş tədbirdə imzalanmışdır.

Bir az tarixdən danışaq: Zavod istismara 1969-cu ildə verilmişdi və o, SSRİ-dəki altı ən böyük pivəbişirmə müəssisəsindən biri idi. 1997 –ci ildə Qrup Kastel şirkəti zavodu almış və 2000-ci ildə Milli Lider Heydər Əliyevin iştirakı ilə təntənəli açılış baş tutmuşdu. 2008-ci ildə zavod Carlsberg Group-un bir hissəsi olmuşdu.

Ətraf mühitin qorunması sahəsində fəaliyyət Carlsberg Group-un dayanıqılı inkişaf proqramının bir hissəsidir «Birlikdə SIFIRA Doğru», Carlsberg Group-un bütün şirkətləri öz ambisiyalı hədəflərini proqram çərçivəsində bu istiqamətlərdə reallaşdırmağa cəhd göstərirlər: SIFIR karbon izi, SIFIR su itkisi və SIFIR məsuliyyətsiz istehlak və SIFIR bədbəxt hadisə. Qeyd edək ki, son 3 il ərzində Carlsberg Azerbaijan təbii qaz istehlakını 34%, su istehlakını 43%, elektrik enerjisini isə 33% azaltmağa nail olmuşdur. Bundan əlavə, şirkətdə tullantıların ayrı toplanması da həyata keçirilir.

Carlsberg Group gündəlik tələbat mallarının istehsalçıları arasında ekoloji qablaşdırma texnologiyalarının təkmilləşdirilməsi sahəsindəki pionerlərdən biridir. 2018–ci ildə SnapPack multipakları üçün plastik kütlənin istifadəsini hər il 1200 ton azaltmağa imkan verən inqilabi qablaşdırma buraxılmışdır, həmçinin şirkət daha əvvəl biomateriallardan hazırlanmış ekoloji butulkanın (Green Fiber Bottle) istehsalı barəsində də elan etmişdir. Bundan əlavə, Carlsberg Group-a daxil olan İsveç pivə şirkəti Falkenberq dünyada ilk karbon-neytral pivə hazırlayanlardan biri olmuşdur.

Vyaçeslav Maltsev, Carlsberg Azerbaijan şirkətinin Baş Direktoru: «Mən çox şadam ki, zavodumuzun 50 illik yubileyində biz Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Qarşılıqlı Anlaşma və Əməkdaşlıq barəsində Memorandum imzalayırıq. Bu, bizim yarıməsrlik tariximizlə şirkətin Azərbaycandakı əsasını bizim bu gün qoyduğumuz gələcək inkişafının düzgün vektoru arasındakı əlaqəni əks etdirir».

Carlsberg Azerbaijan pivə zavodu Xırdalan şəhərində, Azərbaycan paytaxtından 10 km məsafədə yerləşir. Zavodun istehsal gücü  ildə - 8 mln.dekalitrdir, şirkətdə təxminən 250 nəfər və 400-ə yaxın vasitəçilər işləyir (distribütorlar, agentliklər, podratçılar).Onun zavodun inkişafına investisiyalarının ümumi həcmi təqribən 50 milyon manat təşkil edir. Şirkət portfelinə Xirdalan, Tuborg, Baltika 7, Baltika 0, Baltika 9, Baltika Kuler, Efsane, Jiqulyovskoe Firmennoye, Carlsberg, Holsten, Kronenbourg Blanc, Seth and Riley's Garage kimi məşhur brendlər daxildir.

Carlsberg Group 1847-ci ildə yaranıb və hazırda dünyanın ən böyük pivə istehsalçılarından biridir. Şirkətin  baş qərargahı Danimarkanın paytaxtı Kopenhagendə yerləşir. Dünyanın üç iri regionunun - Qərbi Avropa, Şərqi Avropa və Asiyanın onlarla ölkəsində Carlsberg Group-un zavodları var və onun məhsulları 150 ölkədə təqdim edilir. Şirkətin portfelinə 140-dan çox pivə marka daxildir. Carlsberg Group əməkdaşlarının ümumi sayı 42 000-dən çoxdur.

Əlaqə

Lütfən suallarınızla müraciət edin

Korporativ Ünsiyyətlər üzrə Rəhbər

Lalə Əfəndi

Tel +99412 3420900; +994502867664 Email Lala.Afandi@carlsberg.az

Korporativ Ünsiyyətlər üzrə Rəhbər

Nadejda Ovsyannikova

Tel +99412 3420900 (dax: 1300); +994 50 245 27 41 Email Nadejda.Ovsiannikova@carlsberg.az