2019-cu ilin yekunlarına görə Carlsberg Azerbaijan 63% payla ölkənin pivə bazarında lider mövqelərini qoruyub saxlamağa müvəffəq olub, həmçinin 87% payla ölkənin pivə bazarında Ənənəvi ticarət kanalında da liderliyini qoruyur (“Carlsberg Azerbaijan” şirkətinin mütəxəssislərinin apardığı qiymətləndirməyə əsasən).
Ölkənin pivə bazarının satış kanalları üzrə dinamikasını təhlil etsək, görərik ki, hal-hazırda Azərbaycanda Ənənəvi ticarət kanalının payı azalmaqdadır, ölkənin pivə bazarında ən sürətlə artan kanal isə Müasir ticarət kanalıdır. Ənənəvi ticarət kanalında satış həcmi 2018-ci illə müqayisədə 12% azalıb. Bunun əsas səbəbi Azərbaycanda supermarketlər şəbəkəsinin genişlənməsidir. Pivə bazarının qablaşdırma formatları üzrə dinamikasının təhlilinə əsasən süzmə pivə formatı (keqlər) əhəmiyyətli dərəcədə artmaqdadır: onun payı 39%-ə çatıb, bu isə 2018-ci illə müqayisədə 2% çoxdur.
Qablaşdırma formatları üzrə pivə bazarının dinamikasına gələndə isə Azərbaycanda süzmə pivə (keqlər) formatı əhəmiyyətli dərəcədə artmaqdadır: onun payı 2019-cu ildə 39% artıb, bu isə 2018-ci illə müqayisədə 2% daha çoxdur. Bu keqlərə qablaşdırılan süzmə pivənin satıldığı DIOT kanalındakı artımın nəticəsidir.
Pivə sənayesi Azərbaycanın büdcəsinə əhəmiyyətli töhfə verməklə iqtisadiyyatın vacib hissəsidir. Carlsberg Azerbaijan bir neçə ildir ki, Azərbaycanın ən iri vergiödəyiciləri siyahısına daxildir: 2019-cu il ərzində Şirkət dövlət büdcəsinə təxminən 21 mln. manat məbləğində vergi və digər məcburi ödənişləri köçürüb.
Əsas layihələr
2019-cu ilin dekabr ayında Carlsberg Azerbaijan ISO 45001 – 2018 “Peşə sağlamlığı və əməyin təhlükəsizliyinin idarəedilməsi sistemi” sertifikasiya auditindən uğurla keçib. Bununla Şirkət əməyin təhlükəsizliyi və mühafizəsi sahəsində beynəlxalq tələblərə cavab verdiyini təsdiqləmiş oldu.
Həmçinin 2019-cu ilin dekabr ayında zavodumuz FSSC 22000 “Qida təhlükəsizliyi” standartı üzrə sertifikatını təsdiq edib. Carlsberg Azerbaijan-ın istehsal prosesləri məhsulların təhlükəsizliyi sahəsində beynəlxalq tələblərə tam cavab verir.
Yerli pivəlik arpa idxalının əvəzlənməsi və bu sortun əkilməsi layihəsi çərçivəsində, həmçinin Azərbaycan Respublikasının kənd təsərrüfatı sahəsinin inkişafına dəstək məqsədilə Carlsberg Azerbaijan şirkəti “Azərşəkər” şirkəti ilə birlikdə şəxsi aqrolayihə çərçivəsində Şəmkir rayonunda sınaq üçün pivəlik arpa toxumlarının səpinini aparmışdır.
Məhsul yığımı 2020-ci ilin iyun ayına planlaşdırılıb, bundan sonra yığılan arpa təhlil olunacaq və pivə istehsalı üçün yararlılığı barədə qərar veriləcək. Pilot layihənin nəticələri müsbət olduğu halda, 2021-ci ildə genişləndirilməsi mümkün olacaq, bu isə “Carlsberg Azerbaijan” şirkətinə daxili istehsal hesabına pivəlik arpaya olan tələbatı tam ödəməyə, həmçinin gələcəkdə xammalın bu növü üzrə regional tenderlərdə iştirak etməyə imkan verəcək.
2019-cu ilin may ayından Carlsberg Azerbaijan şirkətinin brend portfeli, həmçinin mağaza rəflərində yeni alkoqolsuz içki sortları – Kvas Taras Ağ və Kvas Taras Qara, Baltika brendinin subbrendi – Baltika 0 Qreypfrut təqdim olunub. Həmçinin Xırdalan brendinin yeni dada malik filtrasiya olunmamış pivəsi olan Xırdalan Filtrasiya olunmamış məhsulu istehlakçılara təqdim olunub. 2019-cu ilin dekabr ayından azərbaycanlı istehlakçılara Əfsanə brendinin yenilənmiş dizaynlı bankada yeni dada malik Əfsanə Sərt 7,2% və Əfsanə Super Sərt 10% məhsulları təqdim olunub.
Dayanıqlı inkişaf layihəsi
Beynəlxalq şirkətin bir hissəsi və məsuliyyətli yerli istehsalçı kimi Carlsberg Azerbaijan ənənəvi olaraq dayanıqlı inkişaf sahəsində layihələrə böyük önəm verir.
Carlsberg Group-un müasir dövrün qlobal çağırışlarına cavab olan və Qrupun bütün müəssisələri qarşısında duran dörd strateji məqsədi – SIFIR karbon izi, SIFIR su itkisi, SIFIR məsuliyyətsiz istehlak və SIFIR bədbəxt hadisə - daxil edən, dayanıqlı inkişaf sahəsində “4SIFIR: birgə gələcək naminə” adlı qlobal proqramı çərçivəsində Carlsberg Azerbaijan son illər ərzində əhəmiyyətli irəliləyiş nümayiş etdirib. Ümumilikdə, şirkət 2015-ci ildən etibarən son 5 il ərzində öz istehsalatında xüsusi su istehlakını 32%, istilik enerjisi istehlakını – 19,5%, elektrik enerjisi istehlakını isə 9% azaltmağa müvəffəq olub.
2019-cu ilin mart ayında Carlsberg Azerbaijan “Green Baku” ekoloji təşkilatı ilə birlikdə Bakı Mühəndislik Universitetinin ərazisində zeytun ağaclarının əkinini təşkil edib. Aksiyada universitetin tələbələri, Carlsberg Azerbaijan əməkdaşları və “Green Baku” ekoloji təşkilatının üzvləri iştirak edib. Aksiya çərçivəsində 200-dən çox ağac əkilib.
2019-cu ilin iyun ayında Carlsberg Azerbaijan şirkəti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Qarşılıqlı Anlaşma Memorandumunu imzalayıb. Memorandumda tullantıların idarə olunmasına yönələn ətraf mühitin mühafizəsi sahəsində üçillik əməkdaşlıq nəzərdə tutulur. Memorandum Carlsberg Azerbaijan pivə zavodunun 50 illiyinə həsr olunmuş tədbirdə imzalanıb.
Carlsberg Group-un ümumi nəticələri
2019-cu ildə Carlsberg Group qazancda 3,2% sabit artım və əməliyyat mənfəətinin 10,5% təbii artımı ilə inkişafda müsbət meyllər nümayiş etdirməyə davam edib və nəzərəçarpan maliyyə nəticələrinə nail olub. Ümumi satış həcmində də 0,1% təbii artım müşahidə olunub.
“2019-cu ilin nəticələri bizi qane edir. Ümumi satış həcmində sağlam artım, gəlirlilik göstəricilərinin yaxşılaşması və əhəmiyyətli pul axını müşahidə etdik. Son illər ərzində biznes mövqelərimizi əhəmiyyətli dərəcədə möhkəmləndirdik, uzunmüddətli artımı qoruyub saxlamaq üçün “Yelkən’22” strategiyasının prioritetlərinə əməl etməyə davam edəcəyik”, - deyə 2019-cu ilin nəticələrini şərh edən Prezident Cees t ’ Hart qeyd edib.
* * *
Carlsberg Azerbaijan pivəbişirmə zavodu Xırdalan şəhərində, Azərbaycanın paytaxtından 10 kilometr aralıda yerləşir. Zavodun istehsal gücü ildə 8 mln dekalitr təşkil edir, şirkətdə təxmini 250 nəfər işləyir və təxmini 400 nəfər vasitəli üsulla işləyir (distribüterlər, agentliklər, podratçılar). Şirkətin zavodun inkişafına yatırdığı sərmayələrin ümumi məbləği təxminən 50 mln AZN təşkil edir. Şirkətin portfelində Xırdalan (Xırdalan Klassik, Xırdalan Filtrasiya olunmamış), Tuborg, Baltika (Baltika 7, Baltika 9, Baltika 0 Buğda, Baltika 0 Qreypfrut), Kuler, Əfsanə (Əfsanə Sərt 7,2% və Əfsanə Super Sərt 10%), Zhigulevsky phirmennoe, Carlsberg, Kronenbourg Blanc, Seth&Riley's Garage, Kvas Taras Ağ və Kvas Taras Qara kimi məşhur brendlər var.
Carlsberg Group 1847-ci ildə təsis olunub və hal-hazırda dünyanın ən iri pivə istehsalçılarından biridir. Şirkətin baş qərargahı Danimarkanın paytaxtı Kopenhagendə yerləşir. Carlsberg Group dünyanın üç iri regionunun – Qərbi Avropa, Şərqi Avropa və Asiyanın onlarla ölkəsində zavodlara malikdir. Şirkətin portfelində 140-dan çox pivə brendi var. Qrupun əməkdaşlarının ümumi sayı 40 000-dən çoxdur.
Korporativ Ünsiyyətlər üzrə Rəhbər