Menyu

Əfsanəvi Belçika pivəsi Grimbergen artıq Azərbaycanda!

Carlsberg Azerbaijan, 900 illik pivəbişirmə ənənəsinə sahib olan əfsanəvi Grimbergen  pivəsini yerli bazara təqdim etməkdən qürur duyur.


Belçikanın Grimbergen şəhərindəki Norbertine Abbey monastırında yaranmış bu premium pivə, özündə simurq simvolunu və əbədi şüarı — "Ardet nec consumitur" (“Yanar, amma məhv olmaz”) — əks etdirir. Əsrlər boyunca ustalıq və yenilikçi ruh sayəsində yenidən doğulan Grimbergen, zəngin irsə əsaslanan unikal dad təcrübəsinə malikdir.


Zərif dadı, zövqlü xarakteri və qədim pivəbişirmə tarixi ilə Grimbergen artıq dünyanın 40-dan çox bazarında premium keyfiyyətin simvoluna çevrilmişdir. Bu aydan etibarən isə, rəsmi olaraq Carlsberg Azerbaijan portfelinə daxil olur.


Əsrlər boyu qorunan Belçika reseptlərini Carlsberg Group-un qlobal keyfiyyət standartları altında, müasir pivə istehsalı üsulları ilə birləşdirərək, Azərbaycanlı istehlakçılara, seçilmiş məkanda satışda olan yeni dad - Grimbergen Blonde, Double-Ambrée və Blanche pivəsini təqdim edirik.


Bu təqdimat, Carlsberg Azerbaijan-ın premium məhsul çeşidini genişləndirmək və yerli istehlakçılara dünyanın ən yaxşı pivə təcrübələrini təqdim etmək öhdəliyini özündə əks etdirir.


Bütün pivəsevərləri və yeni dad axtarışında olanları əfsanəvi Grimbergen dadını kəşf etməyə dəvət edirik — bu dad artıq sizə hər zaman olduğundan daha yaxındır.

 

 

Əlaqə

Lütfən suallarınızla müraciət edin

Korporativ Ünsiyyətlər üzrə Rəhbər

Lalə Əfəndi

Tel +99412 3420900; +994502867664 Email Lala.Afandi@carlsberg.az