Menyu

Süzmə sexinin sazlayıcı-operatoru

Əsas vəzifə öhdəlikləri:

  • süzmə sexi avadanlıqlarının (avtomatlarının) qulluğu və sazlanması
  • verilmiş çeşiddə yüksək keyfiyyətli məhsul istehsal edilməsi üçün xətlərin istehsal tapşırıqlarını vaxtında yerinə yetirməsini təmin etmək
  • texniki xidmət və təmir (TXvəT), plandankənar təmir (PT), süzmə sexinin istehsal avadanlıqlarının yenidən sazlanması
  • avadanlığın işində sadə nasazlıqların aradan qaldırılması
  • süzmə xətti avadanlığının sökülməsi, yığılması və tənzimlənməsi qaydası
  • uyğun olmayan məhsulların yaranması səbəblərinin aradan qaldırılması
    xəttin fasiləsiz işinin təmin edilməsi
  • texnoloji fasilələr zamanı (tam yuyulma, SIP proqramları aparılması, qısamüddətli texniki fasilələr, dayanmalar zamanı) sanitariya işlərinin aparılması
  • butulkaların yuyulması, süzmə, pasterizasiya, hava ilə şişirdilmə, tərtibat, komplektləşdirilmə və istehlak tarasına qablaşdırılma üzrə texnoloji proseslər və rejimlər.


Namizədlərə tələblər: 

  • orta texniki və ya ali təhsil
  • pivə, kvas, alkoqollu və ya alkoqolsuz içkilərin istehsalı sahəsində ən azı 1 il iş təcrübəsi.

 

Bilik və bacarıqlar:

  • pivə süzülməsi texnologiyası, sanitariya və məhsulun keyfiyyəti məsələləri
  • qablaşdırma xətlərinin avadanlıq və nəzarət-ölçmə cihazlarının qurulması və konstruktiv xüsusiyyətləri
  • avadanlığın düzgün işləməsini təmin etmək üçün onun sazlanması, qulluğu və tənzimlənməsi üzrə bacarıqlar
  • avadanlıqların diaqnostikası və nasazlıqların aradan qaldırılması üzrə bacarıqlar
  • işə məsuliyyətli yanaşmaq, öhdəlikləri vaxtında yerinə yetirmək
  • öhdəliklərin icrası zamanı detallara diqqət və dəqiqlik
  • iş proseslərində və kommunikasiyalarda şəffaflıq
  • problemlərin həllinə proaktiv yanaşma, yeni imkanlar axtarmaq və özünü inkişaf etdirmək
  • Azərbaycan dilini mükəmməl bilmək, rus və ingilis dili biliyi arzuolunandır.

 

Əlaqə:

Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin iş üçün müraciət etmək istəyirsinizsə, aşağıdakı keçidlərə daxil olaraq CV formasını doldurub buraya göndərməyiniz xahiş olunur.

Nəzərinizə çatdırırıq ki, müsahibəyə məhdud sayda namizəd dəvət olunacaq.