Əsas vəzifə öhdəlikləri:
- Hər bir brend üçün təsdiq edilmiş illik brend planının səmərəli şəkildə icra edilməsinin təmin edilməsi və hədəf göstəricilərə nail olunması
- Bütün satış şəbəkələrində Şirkətin brendləri üçün nəzərdə tutulan göstəricilərin əsaslandırılmasında iştirak etmək (bazar payı, reklam büdcəsi, distribusiya göstəriciləri). Brend məqsədlərinə nail olunması üçün nəzərdə tutulmuş brendin bir sıra marketinq fəaliyyətləri (illik brend planı) üçün planın hazırlanmasına və təsdiq edilməsinə kömək etmək
- Brendlərin bazardakı mövqeyi, bazar kateqoriyalarının təkmilləşdirilməsi və əsas istehlakçı brend göstəriciləri (KPI) haqqında məlumatların araşdırılması
- Razılaşdırılmış illik brend planlarına uyğun olaraq yeni məhsulun satışa çıxarılması
Namizədə tələblər:
- ali təhsil (marketinq sahəsinə üstünlük verilir)
- beynəlxalq FMCG (alıcılıq qabiliyyəti yüksək olan ərzaqlar) sektorunda marketinq sahəsi üzrə ən azı 1 il iş təcrübəsi
Tələb olunan bacarıqlar:
- mənfəətin, gəlirliliyin və investisiyanın səmərəliliyinin hesablanması metodları da daxil olmaqla iqtisadiyyatın əsasları
- bazar araşdırması metodologiyası
- distribusiya kanallarının (şəbəkələrinin) qurulması prinsipləri
- müxtəlif tanıtım metodlarının planlaşdırılması və həyata keçirilməsi: istehlakçılar, müştərilər, satış qrupları üçün
- satış və distribusiya göstəricilərinin biznes təhlili bacarıqları
- ünsiyyət bacarıqları (işgüzar ünsiyyətdə etika, danışıqların aparılması və təqdimat, qərarların qəbul edilməsi, etirazların həlli, liderlik, komanda işi, nəticəyönümlülük, öyrətmə və öyrənmə qabiliyyəti)
- Azərbaycan və rus dillərini səlis, ingilis dilini isə Upper Intermediate səviyyəsində bilmək
Kimi axtarırıq:
• Dinamik, yaradıcı və strateji düşünən
• Əla Komanda oyunçusu
• Öyrənməyə həvəsli
• İddialı və məqsədyönlü
Nə təklif edirik:
• Karyera inkişafı imkanları
• Tibbi sığorta
• Şirkət tərəfindən nahar verilir
• İllik əsas əmək haqqı + şirkət siyasətinə uyğun olaraq bonuslar
• Beynəlxalq və əməkdaşlıq edən komanda mühitində işləmək
Əlaqə məlumatları:
Yuxarıda qeyd edilən tələblərə cavab verirsinizsə, bu maraqlı və eyni zamanda çətin vakansiyaya müraciət etmək istəyirsinizsə, xahiş edirik, nəzərdə tutduğunuz əmək haqqını qeyd etməklə CV-nizi ingilis dilində buraya göndərin:
Nəzərə alın ki, yalnız məhdud sayda namizəd müsahibəyə dəvət olunacaq.