Menyu
carlsberg-heritage-so_who_is_carlsberg_2880x1440.jpg

1847

Carlsberg təsis olunur

1835-ci ildə atası vəfat etdikdən sonra Y.K.Yakobsen onun Kopenhagen daxilində yerləşən kiçik pivə zavodunun rəhbərliyinə keçdi. Sonunda o, daha böyük sərin saxlama sahəsi olan yeni bir pivə zavoduna ehtiyacı olduğuna qərar verdi. Bu səbəbdən, Kopenhagendən kənarda suyun axdığı bir təpənin üstündə yeni bir pivə zavodu tikdi. Beləliklə, 1847-ci ildə Carlsberg yarandı. 

carlsberg-heritage-jc_jacobsen_color_2880x1800.jpg

Y.K. Yakobsen, təsisçi ata

Y.K. Yakobsen sözün əsl mənasında pivə hazırlamaq üçün anadan olub. 1847-ci ildə o, Carlsberg-i təsis etdi.

Karl Yakobsen, oğlu və rəqibi

Təsisçimiz Y.K. Yakobsenin yalnız bir övladı - Karl Yakobsen adlı bir oğlu var idi. Carlsberg şirkətinin onun adını daşıdığını bilirdinizmi?

Aralarında yaxşı münasibət varmış kimi görünsə də, bu, o qədər sadə deyildi.

A young Carl Jacobsen.jpg
Gl C Brand 1867514

1867

Carlsberg pivə zavodu güclü yanğından zərər çəkir

Y.K. Yakobsen hadisədən pivə zavodunu yenidən və bu dəfə yanğına davamlı materiallarla modernləşdirmək üçün istifadə edir. Beləliklə, dağıdıcı bir fəlakət olsa da, Y.K. Yakobsen qətiyyətli idi və qısa müddətdə daha da yaxşı pivə zavodu tikdi.

Daha sonra məhsulun keyfiyyətini yaxşılaşdıran və satışın artmasına kömək edən soyutma sistemi quraşdırır.

Yakobsenin oğlu Karl Avropada pivə istehsalı prosesini öyrəndikdən sonra vətəninə qayıdır. O, yeni tikilmiş Annex pivə zavodunda öz pivəsini hazırlamağa dəvət olunur.

Lagerkælder.jpg

1868-69

Carlsberg ilk ixracını Böyük Britaniya və Asiyaya edir

 

Yakob Kristian ixrac biznesinə 1800-cü illərin ikinci yarısında digər təşəbbüslər arasında gəmilərlə Carlsberg pivələrinin qutularını Böyük Britaniya, Çin və Hindistana göndərməklə başlayır və bu ölkələr sırasında hətta Avstraliyanı da nəzərdən keçirir.

Bundan xeyli sonra, 1954-cü ildə Böyük Britaniya Carlsberg-in ən böyük ixrac bazarına çevrilir. Bu zaman Carlsberg pivəsi ilə yüklənmiş gəmi hər 12 gündən bir Şimal dənizi üzərindən üzürdü.

Kopenhagendəki Carlsberg sahəsi

Yakob Kristianın və Karlın özünün tikdiyi binaların əksəriyyəti bu gün Mərkəzi Ofisimizin də yerləşdiyi Kopenhagendəki Carlsberg sahəsində hələ də fəaliyyətdədir.

elephantgate.jpg
11.png (1)

Pivə zavodu atları – keçmişdə və indi

Pivəbişirən Y.K. Yakobsen 1847-ci ildə Carlsberg pivə zavodunu tikəndə, təbii ki, tövlə də tikilmişdi.

1903-cü ildə Carlsberg özünün qablaşdırma zavodunu tikdi və o vaxtdan pivə zavodu butulkaları tacirlərə çatdırmağa başladı. Bu isə atlara olan ehtiyacı artırdı və 1925-ci ilə qədər Carlsberg 200-ə yaxın at sahibi oldu.

carlsberg-laboratory-carlsberg-group.jpg

1875

Y.K. Yakobsen Carlsberg Laboratoriyasını təsis edir

Y.K. Yakobseni bir sual hərəkətə gətirmişdi: Ən yüksək keyfiyyətdə ən yaxşı pivəni necə hazırlamaq olar? 1875-ci ildə o, pivənin kimyasını və tərkibində olan orqanizmlərin fiziologiyasını anlamalı olduğuna əmin olaraq Carlsberg Tədqiqat Laboratoriyasını yaratdı.

Bir pivəbişirən kimi Y.K. Yakobsen bütün həyatını daim yeni biliklər əldə etməyə sərf etmişdi. Yeniyetmə ikən o, Təbiət Elmlərinin Yayılması Cəmiyyətində H.C. Orstedin verdiyi mühazirələrdə iştirak etmişdi. Burada o, elmi kəşflərin bir sıra sənayelərdə məhsuldarlığı və keyfiyyəti necə artırdığını başa düşmüşdü. O, eyni şeyin pivə hazırlamaq üçün də keçərli ola biləcəyini əsaslandırdı.

yeast2.jpg

Mayanın saflaşdırılması və pivəbişirmə texnologiyasının həmişəlik dəyişdirilməsi

Keçmişdə pivəbişirmə nəticəsi əvvəlcədən proqnozlaşdırıla bilməyən bir proses idi və çox zaman içməyə yararsız pivə əldə edilməsi ilə nəticələnirdi.

Lakin 1883-cü ildə Carlsberg Tədqiqat Laboratoriyasında pivə sənayesində inqilab yaradacaq yeni bir üsul kəşf edildi.

pH şkalasının icad edilməsi, inqilabi pivəbişirmə texnologiyası və elm

Carlsberg Tədqiqat Laboratoriyasında pH şkalasının ixtirası ilə Carlsberg hər bir pivənin keyfiyyətinin yüksək səviyyədə olmasını təmin edə bildi.

O vaxtdan bəri bütün sahələrdə pH şkalasından saysız şəkildə istifadə olunmuşdur. 

carlsberg-heritage-soren_sorensen_color_2880x1800.jpg
heritage-6.jpg (1)

1876

Y.K. Yakobsen Carlsberg Fondunu təsis edir

Carlsberg Fondu dünyanın ən qədim sənaye fondlarından biridir. Burada nəhəng pivə istehsalı müəssisəsi tədqiqatlar və elm, incəsənət və mədəniyyətə dəstək sayəsində inkişaf edir.

Carlsberg Fondu Carlsberg A/S-nin əsas səhmdarıdır və səhmlərə nəzarət vasitəsilə pivə zavoduna həlledici təsir göstərir.

Carlsberg Fondu təbiət elmləri, sosial və humanitar elmlər daxilində gələcəyə yönəlik və innovativ beynəlxalq teoretik araşdırmaları - bizi bacarıqlarımızı artıran, qlobal problemləri həll etməyə kömək edən və cəmiyyətə fayda verən fundamental tədqiqatları dəstəkləyir.

1882

Karl pivə istehsalında uğur qazanır və yeni “New Carlsberg” (Yeni Carlsberg) pivə zavodunun açılışını edir. O və atası Y.K. indi rəqibdirlər və Y.K. öz pivə zavodunun adını “Old Carlsberg”-ə (Köhnə Carlsberg) dəyişir.

1886

Karl ilə Y.K. Yakobsen barışır.

1887

Y.K. Yakobsen Roma səfəri zamanı vəfat edir. Bir il sonra Carlsberg Fondu “Old Carlsberg”-in mülkiyyətini və idarəçiliyini öz üzərinə götürür.

1906 – “New Carlsberg” ilə “Old Carlsberg” birləşərək “Carlsberg Breweries”-ə çevrilir

Karl Yakobsen “Carlsberg Breweries”-in ilk baş direktoru olur. 

carlsberg-heritage-united_at_least_2880x1440.jpg
CJ16FullWidth.jpg

1913 – Kiçik su pərisi

Karl Yakobsen “Kiçik su pərisi” heykəlini Kopenhagen şəhərinə bağışlayır.

Edvard Eriksen tərəfindən hazırlanmış heykəl kral solo balerinası Ellen Prays de Plandan ilhamlanıb. 23 avqust, 1913-cü ildə heykəl Langelinie-də ucaldılmışdı.

1914 - Karl Yakobsen vəfat edir

Karl Yakobsen Kopenhagenin Frederiksberq şəhərində vəfat edir.

“Carlsberg Breweries”-in ilk baş direktoru kimi o, işçilərinə səkkiz saatlıq iş günü təyin etmişdir. 

Carl 1920X1280

1966

İlk xaricə lisenziya verilir və Carlsberg ilk dəfə Danimarkadan kənarda Kiprin “Photos Photiades Breweries” şirkətinin pivə zavodlarında lisenziya əsasında hazırlanır

1970

Carlsberg və Tuborg birləşərək “Carlsberg Breweries” və “Tuborg Breweries”, “The United Breweries A/S”-ni yaradırlar.

1972

Carlsberg Asiyada ilk pivə zavodunu Malayziyada tikir. Sonrakı illərdə həm Avropada, həm də Asiyada bir sıra yeni pivə zavodları açılır.

Qlobal oyunçu olmaq

Kopenhagen xaricindəki bir təpədə kiçik regional bir pivə zavodu kimi yarandığı gündən etibarən Carlsberg Group hazırda bir çox ölkədə fəaliyyət göstərən beynəlxalq bir oyunçudur.

Amma səfər bununla başa çatmır.

2019_02_27_Carlsberg_Microbrewery_Event_0132.jpg
Hops_harvesting_compressed-53.JPG

2017

Carlsberg “Birlikdə SIFIRA Doğru” strategiyasına start verir

“Carlsberg” dayanıqlılıq sahəsində liderdir və SIFIR karbon izi, SIFIR su itkisi, SIFIR məsuliyyətsiz istehlak və SIFIR bədbəxt hadisə mədəniyyəti ambisiyaları ilə yeni davamlılıq proqramı olan “Birlikdə Sıfıra Doğru” proqramını başladır.

2018

Carlsberg plastik tullantıları azaltmaq üçün “Snap Pack” də daxil olmaqla bir sıra inqilabi yeniliklər elan edir.

2021

Carlsberg dünyanın ən çox suya qənaət edən pivə zavodlarına sahib olmaq üçün suyun təkrar emalı zavodu açır

2022

Carlsberg biotexnologiyaya əsaslanan və bütünlükdə təkrar emal edilə bilən butulkaları istehlakçılara təqdim edir

web_2.1.6.jpg

2022

Carlsberg “Birlikdə SIFIRA doğru və daha İrəli” strategiyasına start verir

“Birlikdə SIFIRA doğru və daha İrəli” adlı yeni Ətraf mühit, Sosial və İdarəetmə (Environmental, Social and Governance) proqramında məqsədlər yenilənmiş və yeni hədəf sahələri müəyyən edilmişdir. Bunlara tarlalardakı arpadan tutmuş əldə olan pivəyə kimi 2040-cı ilə qədər bütün dəyər zənciri üzrə xalis sıfır karbon emissiyasına nail olmaq üçün görüləcək tədbirlər planı daxildir.

Carlsberg Group bugün

Bu gün pivə portfelimiz yerli güclü markalarla beynəlxalq premium markalar, kraft və xüsusi növ pivə markaları və alkoqolsuz pivələr də daxil olmaqla, 140-dan çox əsas pivə markasını əhatə edir.

Biz 150 bazarımızın hamısında bu gün və sabah daha yaxşı pivə hazırlamaq üçün çalışırıq. Biznesin məsuliyyətli və davamlı şəkildə aparılması bu məqsədi dəstəkləyir və həm səhmdarlarımıza, həm də cəmiyyətə fayda gətirmək üçün səy göstərməyə həvəsləndirir.

logo image.jpg