Menyu

YayLand yarmarkasında Xırdalanla sərinlən!

1 nömrəli brendimiz Nərgiz Fondunun dəstəyi ilə təşkil olunan YayLand Fest yarmarkasının tərəfdaşı oldu.

Mayın ilk günlərində paytaxtımızın mərkəzi yenidən Bakı sakinləri və qonaqları üçün cəlbedici məkana çevrildi - Nərgiz Fondunun dəstəyi ilə Yay Land Fest yarmarkasının açılışı oldu.

Məşhur Fəvvarələr meydanı bir daha özünəxas qonaqpərvərliklə qonaqları qəbul edir. Müxtəlif attraksionlar fəal istirahəti davam etdirmək üçün güc toplaya biləcəyiniz pavilyonlarla kəsişir. Bura gələndə sanki stilizə edilmiş şərq bazarın mühitinə düşürsən – parlaq rənglər insanı təəssüratlar burulğanına qərq edir. Bəxş edilmiş bayramın ovqatı təklif olunan təamların həzzini daha da artırır.

Bura Yay Land Fest məkanıdır! Bəs hansı festival pivəsiz keçə bilər? Xüsusən də yaş senzi ona imkan verirsə?! Burada Xırdalan pivəsi nümayəndələri ziyarətçiləri öz stendində məmnuniyyətlə qarşılayacaqlar. Uzun illər ölkədə 1 nömrəli pivə brendi ilə assosiasiya edilən rəng qammasına diqqət yetirsəniz, Xırdalan pavilyonunu asanlıqla tapmaq olar.

Xırdalan iyirmi ildən artıqdır ki, pivə istehsalı bazarında beynəlxalq standartlara cavab verən əla xətt təqdim edir və bu, yüksək mükafatlarla, o cümlədən Londonda keçirilən Beynəlxalq Pivə Müsabiqəsində qızıl medalla, Brüsseldə keçirilən “Beynəlxalq Dad İnstitutunun” müsabiqəsində aparıcı mövqelərindən biri ilə, lager kateqoriyasında Carlsberg Group brendləri arasında gümüş medalla təsdiqlənir. Bu gün Xırdalan brendi ilk alman köçərilərinin Azərbaycan torpağında məskunlaşdığı dövrə gedib çıxan pivəbişirmə ənənələrini inamla davam etdirir. 19-cu əsrin sonlarından etibarən ayrı-ayrı pivə növlərinin yaradılması mədəniyyəti davamlı inkişaf edərək coğrafiyasını bir Cənubi Qafqaz ölkəsinin hüdudları daxilində genişləndirir.​​​​​

Və indi yüz əlli il sonra, Xırdalan brendinin rəsmi pavilyonu yerli pivə istehsalçılarının müasir məhsullarının beynəlxalq keyfiyyət standartlarına uyğun olduğunu şəxsən yoxlamaq üçün bütün pivə sevərləri onun dadına baxmağa dəvət edir.

Yay Land Fest başlandığı andan etibarən Xırdalan adını qürurla daşıyan gözəl stend öz qapılarını ziyarətçilər üçün açaraq iyunun 15-dək düzgün seçilmiş qəlyanaltılarının “müşayiəti” ilə müxtəlif növ köpüklü içkilərini istehlakçılara təqdim edəcək. Axı dadların harmonik birləşməsi yay bayram əhval-ruhiyyəsinin özəlliyini vurğulayan mayaotunun notları ilə xüsusilə gözəl təəssürat yaradır.

Əlaqə

Lütfən suallarınızla müraciət edin

Korporativ Ünsiyyətlər üzrə Rəhbər

Lalə Əfəndi

Tel +99412 3420900; +994502867664 Email Lala.Afandi@carlsberg.az