Menyu

Xırdalan 0.0 ilə Bakı marafonu daha da enerjili oldu!

Azərbaycanda yetişdirilən yerli arpadan istehsal olunan tam alkoqolsuz Xırdalan 0.0 pivəsi mayın 3-də keçirilən Bakı Marafonunun əsas tərəfdaşlarından biri olub. 

“Küləyə qalib gəl” şüarı altında doqquzuncu dəfə keçirilən Bakı Marafonu bu il ilk dəfə 42 kilometrlik məsafədə təşkil olunub. Belə ki, marafonun start nöqtəsi Dövlət Bayrağı Meydanı, finiş nöqtəsi isə Sea Breeze ərazisində təyin edilib.

Xırdalan 0.0-ın dəstəyi ilə futbol üzrə Azərbaycan milli komandasının üzvü Rüstəm Əhmədzadə, futzal üzrə Azərbaycan milli komandasının üzvü Cavad Məmmədov, həmçinin tanınmış idman influenseri və Xırdalan 0.0 brendinin ambassadoru Nuqzar Kvirtiya brend zonasında iştirak ediblər. Onların iştirakı ilə marafona qoşulanlar üçün maraqlı və əyləncəli idman yarışları təşkil olunub.

Carlsberg Azerbaijan-ın Baş direktoru Krasimir Lazarov bildirib: 

“Bakı Marafonuna ildən-ilə artan maraq bizi olduqca sevindirir və bu möhtəşəm tədbirin tərəfdaşı olmaqdan qürur duyuruq. Bildiyiniz kimi, Xırdalan 0.0, Azərbaycanda istehsal edilən ilk 0.0% alkoqollu pivədir və marafon iştirakçılarına klassik pivə dadını qoruyaraq təravətlənmək imkanı təqdim edir. Bakı Marafonunda birinci dəfədir iştirak edirəm və bu, mənim üçün əvəzsiz təcrübədir. Eyni həyəcanı bölüşmək üçün finiş xəttində komanda yoldaşlarımı gözləyirəm”.

Əlaqə

Lütfən suallarınızla müraciət edin

Korporativ Ünsiyyətlər üzrə Rəhbər

Lalə Əfəndi

Tel +99412 3420900; +994502867664 Email Lala.Afandi@carlsberg.az