Menyu

Carlsberg Group ikinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edib

25–26 sentyabr tarixlərində Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilib. Forum dünyanın aparıcı investorlarını, dövlət qurumlarının və beynəlxalq maliyyə institutlarının nümayəndələrini, eləcə də biznes liderlərini bir araya gətirib.


Carlsberg Group forumda geniş nümayəndə heyəti ilə iştirak edib: Carlsberg Group-un Mərkəzi və Şərqi Avropa və Hindistan üzrə İcraçı Vitse-Prezidenti Nikos Kalaitzidakis, Carlsberg Azerbaijan-ın Baş Direktoru Krasimir Lazarov, Carlsberg Group-un Korporativ Ünsiyyətlər üzrə Vitse-Prezidenti Kristian Vulf Sondergaard, Carlsberg Group-un Mərkəzi və Şərqi Avropa və Hindistan regionunun Hüquq və Komplayens üzrə vitse-prezidenti Troels Libak Stollberg, Carlsberg Group-un Mərkəzi və Şərqi Avropa və Hindistan regionunun Korporativ Ünsiyyətlər üzrə böyük direktoru Yuliya Stelmax, Azərbaycan, Qazaxstan və Belarus bazarlarında Korporativ Ünsiyyətlər üzrə direktor Lalə Əfəndi, Carlsberg Azerbaijan-ın Biznes və Kommersiya inkişafı üzrə direktoru Yaqub Əlizadə.

Forum çərçivəsində Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov Carlsberg Group-un Mərkəzi və Şərqi Avropa və Hindistan üzrə İcraçı Vitse-Prezidenti Nikos Kalaitzidakis ilə görüşüb. Görüş zamanı Carlsberg Group ilə əməkdaşlığın inkişaf perspektivləri və 2025–2029-cu illəri əhatə edən Anlaşma Memorandumu çərçivəsində görülən işlər nəzərdən keçirilib.

Tərəflər, həmçinin pivə sənayesində tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, xammal və qablaşdırma materiallarının lokallaşdırılması, eləcə də regionda yeni biznes imkanlarının yaradılması istiqamətində fikir mübadiləsi aparıblar.

Forum çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Carlsberg Group arasında 2027–2033-cü illəri əhatə edən “Strateji Tərəfdaşlıq və İnvestisiya Çərçivə Sazişi” imzalanıb.

Bununla yanaşı, Carlsberg Group-un Korporativ Ünsiyyətlər üzrə Vitse-Prezidenti Kristian Vulf Sondergaard forumun panel müzakirələrində iştirak edərək “Sənaye Platformaları və Azad İqtisadi Zonalar: Azərbaycan Regional İstehsal Mərkəzi” mövzusunda çıxış edib.

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin mübadiləsi mərasimi sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilib.

Görüş mediada geniş işıqlanıdırılıb.

Əlaqə

Lütfən suallarınızla müraciət edin

Korporativ Ünsiyyətlər üzrə Rəhbər

Lalə Əfəndi

Tel +99412 3420900; +994502867664 Email Lala.Afandi@carlsberg.az