18 Sentyabr 2021-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Carlsberg Azerbaijan, Coca-Cola, ASAN Könüllüləri və tərəfdaşları Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində Bakı sahillərində "Xəzəri qoruyaq" şüarı altında təmizlik kampaniyası təşkil etdilər.
Tədbirin tərəfdaşları qismində Carlsberg Azerbaijan şirkəti ilə yanaşı, "ASAN xidmət", ASAN Könüllülük Məktəbinin "Yaşıl ASAN" proqramı, Bakcell, PAŞA Bank, "Carlsberg Azerbaijan", "AzEcol", şirkətləri yer alıb, ABŞ-ın Azərbaycandakı səfirliyi, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, ADA universiteti, AFFA, Azərbaycan Velosiped İdmanı Federasiyası, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Bakı Nəqliyyat Agentliyi var.
Bu il 1000 nəfərdən çox könüllünün iştirakı ilə baş tutan aksiyada Xəzərin Bilgəh, Pirşağı, Goradil, Novxanı, Corat çimərliklərində sahilyanı ərazilər tullantılardan təmizlənib.
Ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etmək məqsədilə keçirilən aksiyada 25 hektar ərazidən ümumilikdə 6.5 ton tullantı toplanılıb.
Son 30 il müddətində dünyanın 100-dən çox ölkəsi hər il sentyabrın üçüncü şənbə gününü Beynəlxalq Sahilyanı Təmizlik Günü kimi qeyd edir. Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır.
Azərbaycan da bu beynəlxalq ekoloji aksiyada "Xəzəri qoruyaq" şüarı ilə artıq 10 ildir iştirak edir və ildən-ilə aksiyanın miqyası genişlənir.
Aksiya Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına müvafiq olaraq bütün iştirakçılar antiseptik vasitələrlə təmin olunub və aksiya sosial məsafənin qorunması, o cümlədən Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə mövcud məhdudiyyətlər nəzərə alınaraq təşkil edilib.
Korporativ Ünsiyyətlər üzrə Rəhbər