Yanvarın 18-də Carlsberg Group-un Prezidenti və Baş icraçı direktoru Kees 't Hartın Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə görüşü baş tutub.
Görüşdə Carlsberg Group şirkətinin Azərbaycandakı fəaliyyəti yüksək qiymətləndirilib, habelə ölkədə aparılan iqtisadi islahatların biznes mühitinə müsbət təsiri qeyd olunub.
Carlsberg Azerbaijan-ın "AzərŞəkər" ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanda pivəlik arpanın 100% lokallaşdırdığı bildirildi. Görüş zamanı səməni istehsalı zavodunun "AzərŞəkər" şirkəti tərəfindən yaxın zamanda təməli qoyulacağı və 2024-cü ildə fəaliyyətə başlanmasına dair planlar müzakirə olundu.
Kees 't Hart Carlsberg Azerbaijan-ın fəaliyyətinə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Korporativ Ünsiyyətlər üzrə Rəhbər