Menyu

Carlsberg Azerbaijan şirkəti və tərəfdaşları İmişlidə arpa emalı zavodunun təməlini qoyublar

Azərbaycanda pivə istehsalında dəyər zəncirinin yaradılması üçün avqustun 8-də İmişlidə yeni müəssisənin - pivəlik arpa emalı zavodunun təməli qoyulub.

“Azərsun Holdinq”ə məxsus İmişli Şəkər Zavodunun ərazisində inşa olunacaq müəssisə “Azərşəkər” MMC, “Azərsun Kənd Təsərrüfatı Malları” MMC və Azərbaycan İnvestisiya Şirkətinin birgə investisiyası ilə reallaşdırılacaq. İldə ilkin olaraq 11 min ton, sonrakı mərhələdə 17 min ton pivəlik arpa (malt) emal edəcək. Zavod Calsberg Azerbaijan-ın arpa səmənisinə olan ehtiyacımızı tam ödəyəcək.

Təməlqoyma ilə əlaqədar keçirilən tədbirdə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli və kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov iştirak ediblər.

Tədbirdə çıxış edən Calsberg Azerbaijan şirkətinin baş direktoru Alius Antulis vurğulayıb ki, arpa emalı zavodunun inşası pivə istehsalında istifadə olunan xammalın lokallaşdırılmasında əhəmiyyətli addımdır. Şirkətin uzunmüddətli strategiyası pivə istehsalında tamamilə yerli xammaldan istifadə etməkdir. 

Qeyd edək ki, 2019-cu ildən Calsberg Azerbaijan “Azərşəkər” MMC şirkəti ilə birgə pivəlik arpanın yerli şəraitdə becərilməsini icra etməkdədir. Hazırda pivəlik arpa “Azərşəkər”in Şəmkir, Yevlax və Ağcabədi rayonlarında yerləşən təsərrüfatlarında yetişdirilir. 

 

Əlaqə

Lütfən suallarınızla müraciət edin

Korporativ Ünsiyyətlər üzrə Rəhbər

Lalə Əfəndi

Tel +99412 3420900; +994502867664 Email Lala.Afandi@carlsberg.az