15-17 May tarixlərində Bakı Ekspo Mərkəzində 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgisi keçirilib. Dünyanın 30 ölkəsini təmsil edən 450-ə yaxın şirkəti bir araya gətirən sərgidə Carlsberg Azerbaijan şirkəti də iştirak edib.
Carlsberg Azerbaijan Azərşəkər MMC ilə əməkdaşlığı çərçivəsində bu sərgidə iştirak edib və Azərşəkər MMC-nin stendində Xırdalan 0.0 məhsulu ilə yer alıb.
Azərşəkər MMC 2019-cu ildən şirkətimizlə əməkdaşlıq çərçivəsində pivəlik arpa lokallaşdırılmasına başlamışdır. 2021-ci ildən Carlsberg Azerbaijan istehsalda 100% yerli arpaya keçmişdir. 2023-cü ilin avqust ayında Azərşəkər, Carlsberg Azerbaijan və Azərsun Kənd Təsərrüfatı Malları MMC tərəfindən Cənubi Qafqazda ilk Arpa Emalı zavodunun təməli qoyulmuşdur.
2024-cü ilin fevral ayından isə Yevlax və Ağcabədidə yetişdirilən pivəlik arpadan ölkəmizdə istehsal olunan ilk 0.0 alkoqollu Xırdalan 0.0 məhsulu istehlakçılara təqdim olunmuşdur.
Korporativ Ünsiyyətlər üzrə Rəhbər