Menyu

SpeakUp Xətti

YELKƏN'27 strategiyamızın reallaşmasının olduqca mühüm hissəsi davranışımızın Kompasımıza uyğun olmasıdır. Kompas birbaşa davranış təlimatı müəyyən edərək, etik davranışımızı idarə edir.

​​​​​​​​​​​​​​Carlsberg-də biz işimizi dürüst, məsuliyyətli, düzgün şəkildə və etik qaydada görməyə sadiqik.

SpeakUp işçiləri və üçüncü şəxsləri Carlsberg-in Etika və Davranış Kodeksi pozulmaları barədə bizə məlumat verməyə həvəsləndirməyin Carlsberg-ə xas üsuludur. Problemləri bildirməklə sizi narahat edən məsələləri tez və obyektiv şəkildə həll etməyə imkan verir və Carlsberg-i hamımız üçün daha yaxşı iş yerinə çevirirsiniz. Biz vəzifə pozuntusu bildirişlərini son dərəcə ciddi qəbul edirik. 

SpeakUp platforması vasitəsilə bildirilə bilən şikayətlərə aşağıdakılar daxildir:

  • Korrupsiya və rüşvətxorluq
  • Müxtəlif qanunların (o cümlədən rəqabət qanunu, insayder əməliyyatları, ticarət sanksiyaları, ixraca nəzarət və məlumatların qorunması və gizliliyi qanunları) pozuntuları
  • Mühasibat hesabatları ilə manipulyasiyalar
  • Maraq toqquşmaları
  • Ayrı-seçkilik
  • (cinsi) zorakılıq
  • Vəsaitlərin qeyri-qanuni mənimsənilməsi (o cümlədən oğurluq, şirkət resurslarından yanlış istifadə)
  • Məxfi məlumatların açıqlanması
  • Ekoloji problemlər
  • Əməyin mühafizəsi və sənaye təhlükəsizliyi məsələləri
  • Cəzalandırıcı tədbirlər.

Obyektiv şəkildə problemləri bildirən istənilən şəxs qorunur – işçilərimizə qarşı hər hansı şəkildə cəza tədbirlərinin görülməsinə yol vermirik. Obyektiv şəkildə problemləri bildirənlərə qarşı cəza tədbiri görülməsinin özü elə Etika və Davranış Kodeksinin pozulması hesab edilir və nəticələrə səbəb ola bilər. Platformadan bilərəkdən yanlış ittihamlar irəli sürmək üçün istifadə etdiyi aşkar e​​​​​​​dilən istənilən şəxs intizam tənbehi tədbirlərinə məruz qala bilər.

Problemləri necə bildirməli?

Yerli menecerinizə, uyğunluq və İR üzrə nümayəndələrə müraciət edə və ya SpeakUp@carlsberg.com ünvanına mesaj göndərə biləsiniz. Onlara danışmaq sizin üçün rahat deyilsə, şikayətlərinizi üçüncü bir tərəf olan Convercent şirkətinin rəhbərlik etdiyi SpeakUp platformamız vasitəsilə anonim şəkildə bildirə bilərsiniz. Convercent Carslberg Group-la hər hansı əlaqəsi olmayan müstəqil bir şirkətdir və bu platformada siz öz şikayətlərinizi anonim şəkildə bildirə bilərsiniz. 

Anonim bildiriş xidmətləri bütün müvafiq dillərdə 24/7 aktivdir.

Şikayətlərinizi anonim bildirməyiniz üçün iki asan variant var. 

  • Şikayətlərinizi internet vasitəsilə Convercent tərəfindən təchiz edilən Carlsberg SpeakUp xəttində bildirmək. Narahatlığınızı ətraflı qeyd etməyiniz üçün variantlar öz doğma dilinizdə də mövcuddur.
  • Şikayətlərinizi bir Convercent çağrı mərkəzi nümayəndəsinə və dil tərcüməçisinə bildirmək üçün 0800-621-7373 (ödənişli),  nömrəsinə z​​​​​​​əng etmək. Çağrı mərkəzi 300-dən çox dil dəstəkləyir. 


Şikayətlərinizi bildirdikdən sonra 

Bildirişiniz göndərildikdən sonra o, dərhal Carlsberg Group-da Yoxlama Komandasının diqqətinə çatdırılır. Əgər şikayətlərinizi anonim olaraq bildirmək qərarına gəlmisinizsə, Carlsberg şəxsi məlumatlarınızı bilməyəcək. 

Sizə həmçinin məxfi məsələlərə giriş nömrəsi veriləcək və fərdi şifrə və təhlükəsizlik sualı təqdim etməyiniz istəniləcək. Giriş nömrəsi və şifrə sizə kənardan idarə olunan SpeakUp platformasında bildirişinizin statusunu yoxlamağa, həmçinin kimliyinizi açıqlamadan SpeakUp Yoxlama Komandası ilə əlaqə saxlamağa imkan verir. E-poçt ünvanı təqdim etmisinizsə, bildirişinizin statusu dəyişəndə sistemdən e-poçt bildirişləri alacaqsınız. 

Carlsberg Group şirkətinin Speak Up Təlimatında şübhəli və ya faktiki pozuntuları özünə inamlı şəkildə və cəza tədbiri alma qorxusu olmadan bildirməyin yolları ətraflı izah olunmuşdur. Orada həmçinin izləmə və hər hansı lazımi tədbirləri görmə baxımından bizdən gözləyə biləcəyiniz addımlar da təsvir olunmuşdur. 

 

Carlsberg pozuntuları necə araşdırır? 

Bildirişiniz ərizəçi işlərinin idarə edilməsi sistemində (CMS) qeyd ediləcək. Şikayətin mahiyyəti və potensial təsirindən asılı olaraq, işə yerli təşkilatda təlim keçmiş peşəkarlar və ya Group Daxili Audit şöbəsinin tərkibində olan xüsusi SpeakUp Yoxlama Komandası tərəfindən baxılacaq. Bu komanda Carlsberg Dürüstlük Komitəsinin nəzarəti və təlimatları altında işləyir. 

İcraiyyə Komitəsi Müşahidə Komitəsi ilə birlikdə Carlsberg Group daxilində mövcud olan kommunikasiya kanalları vasitəsilə vəzifə pozuntularının araşdırılmasına nəzarət etməkdən məsul Baş Maliyyə Direktorumuzun sədrlik etdiyi Dürüstlük Komitəsi yaradıb. Dürüstlük Komitəsi ən azı rüblük əsasda SpeakUp-la bağlı məsələləri İcraiyyə Komitəsinə və Audit Komitəsinə bildirir. 

SpeakUp Yoxlama Təlimatında (SpeakUp platformasında narahatlığını bildirən şəxslər üçün tələb əsasında mövcud olan) işlərin ardıcıl, müstəqil və obyektiv şəkildə həll edilməsini təmin etmək üçün pozuntuların araşdırılmasına nəzarət ətraflı təsvir olunur. Təlimatda həmçinin araşdırmalara kömək edənlərin təkcə məxfiliyini deyil, həm də rifahını qoruyan şəkildə araşdırma aparma üsulumuz təsvir olunmuşdur. 

Yüksək etika və işgüzar dürüstlük standartlarımızı qorumaq öhdəliyimizdə bizə dəstək olduğunuz üçün sizə təşəkkür edirik.​​​​​​​

Carlsberg-də problemlərin bildirilməsi ilə bağlı suallarınız varsa, Carlsberg Azerbaijan-da Hüquq məsələləri üzrə departamentin rəhbəri Vitaliy Trufinlə (Vitaliy.Trufin@carlsberg.az), Mərkəzi və Şərqi Avropa və Hindistan Regionunun Uyğunluq (Compliance) üzrə Baş meneceri Olqa Popandopulo (Olga.popandopulo@carlsberg.kz) və ya Speak Up Yoxlama Komandası (speakup@carlsberg.com) ilə əlaqə saxlayın.