Menyu

Satınalma Şöbəsinin aparıcı mütəxəssisi

Əsas vəzifə öhdəlikləri:

  • satınalmaların təşkili və tənzimlənməsi, tenderlərin aparılması istiqaməti üzrə şirkətin satınalma fəaliyyətinin təşkili
  • zavodun son məhsulun istehsal prosesində zəruri olan istehsal üçün xammal, komplektləşdiricilər, ehtiyat hissələri, köməkçi materiallar, təsərrüfat ləvazimatları, tara və qablaşdırma ilə təmin olunmasına nəzarət
  • satınalmaların planlaşdırılmasının yaxşılaşdırılması və xərclərin optimallaşdırılması üçün tədbirlərin görülməsi
  • satın alınan məhsulun keyfiyyətinin yoxlanılması
  • bazarın daima araşdırılması və qiymət dinamikasının izlənilməsi
  • təchizatçılarla qarşılıqlı əlaqə və onlarla birgə fəaliyyətə nəzarət (onlardan satınalma qiymətləri, məhsulların keyfiyyəti barədə məlumat əldə edir, təchizat və ödəniş şərtlərini razılaşdırır)
  • satınalmaların dəyərinin azaldılması proqramlarının və s. inkişaf etdirilməsi və həyata keçirilməsi
  • məhsul sifarişinin icrasına və məhsulun çatdırılmasına, müqavilə bağlandığı andan təchizata qədər bütün tsiklə nəzarət
  • təchizatçılarla iddia işinin aparılması
  • satın alınan məhsulun bütün müvafiq sertifikatlara malik olmasına nəzarət
  • köməkçi reyestrlərin aparılması və istənilən vaxt istənilən sorğu əsasında təqdim olunması
  • mühasibatlığa və məlumat bazasına təqdim olunacaq bütün lazımi sənədlərin aparılması
  • məhsulun satın alınması üçün ödənişin vaxtlı-vaxtında həyata keçirilməsinin təşkili və buna nəzarət
  • birbaşa rəhbərin vəzifə öhdəliklərinə aid olan şifahi və yazılı tapşırığının icrası. 

 

Namizədlərə tələblər: 

  • Ali təhsil (iqtisadiyyat sahəsində arzuolunandır)
  • Satınalma sahəsində ən azı 3-5 il iş təcrübəsi
  • Təcrübəli MS Office  (Word,Excel, Power Point) istifadəçisi
  • Azərbaycan, ingilis və  rus dili bilikləri mükəmməl səviyyədə.


Bilik və bacarıqlar:

  • Tender prosesinin aparılması
  • Danışıqların aparılması bacarığı
  • Analitik təfəkkür
  • Verilən tapşırıqların sürətli şəkildə həll olunması
  • Planlaşdırma və prioritetləri təyin etmə bacarığı
  • İnkişaf etmə istəyi
  • Stressə davamlılıq  
  • Ünsiyyətcillik, məsuliyyətlilik
  • Çoxtapşırıqlılığa hazır olma

 

Əlaqə:  


Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin iş üçün müraciət etmək istəyirsinizsə, aşağıdakı keçidə daxil olaraq, CV formasını doldurub, göndərməyiniz xahiş olunur.

Nəzərinizə çatdırırıq ki, müsahibəyə məhdud sayda namizəd dəvət olunacaq.