“Speak Up” platforması işçiləri və üçüncü şəxsləri Carlsberg-in Etika və Davranış Kodeksi pozuntuları barədə bizə məlumat verməyiniz üçün bir vasitədir. Problemləri bildirməklə sizi narahat edən məsələləri tez və obyektiv şəkildə həll etməyə imkan verir və Carlsberg-i hamımız üçün daha yaxşı iş yerinə çevirirsiniz. Biz vəzifə pozuntusu bildirişlərini son dərəcə ciddi qəbul edirik.
Speak Up platforması vasitəsilə bildirilə bilən şikayətlərə aşağıdakılar daxildir:
Nəzərinizə çatdırmaq istəyirik ki, obyektiv şəkildə problemləri Bizə bildirən istənilən şəxs qorunur – işçilərimizə qarşı hər hansı şəkildə cəza tədbirlərinin görülməsinə yol vermirik. Həmçinin, obyektiv şəkildə problemləri bildirənlərə qarşı cəza tədbiri görülməsinin özü elə Etika və Davranış Kodeksinin pozulması hesab edilir və mənfi nəticələrə səbəb ola bilər. Platformadan bilərəkdən yanlış ittihamlar irəli sürmək üçün istifadə etdiyi aşkar edilən istənilən şəxs intizam tənbehi tədbirlərinə məruz qala bilər.
Problemləri necə bildirməli? Lokal rəhbərinizə, uyğunluq (compliance) və İnsan Resursları üzrə nümayəndələrinə müraciət edə və ya SpeakUp@carlsberg.com ünvanına məktub ünvanlaya biləsiniz. Bu məsələləri onlara danışmaq sizin üçün rahat deyilsə, şikayətlərinizi üçüncü bir tərəf olan Convercent şirkətinin rəhbərlik etdiyi SpeakUp platformamız vasitəsilə anonim şəkildə bildirə bilərsiniz. Convercent Carlsberg Group-la hər hansı əlaqəsi olmayan müstəqil bir şirkətdir və bu platformada siz öz şikayətlərinizi anonim şəkildə bildirə bilərsiniz.
Anonim bildiriş xidmətləri bütün müvafiq dillərdə 24/7 aktivdir.
Şikayətlərinizi anonim bildirməyiniz üçün iki asan seçiminiz mövcuddur:
Müraciətiniz göndərildikdən sonra o, dərhal Carlsberg Group-da Yoxlama Komandasının diqqətinə çatdırılır. Əgər şikayətlərinizi anonim olaraq bildirmək qərarına gəlmisinizsə, Carlsberg Sizin şəxsi məlumatlarınızı görə bilməyəcək.
Sizə həmçinin bildirdiyiniz müraciətinizə giriş nömrəsi veriləcək və fərdi şifrə və təhlükəsizlik sualı təqdim etməyiniz istəniləcək. Giriş nömrəsi və şifrə sizə kənardan idarə olunan SpeakUp platformasında müraciətinizin statusunu yoxlamağa, həmçinin kimliyinizi açıqlamadan SpeakUp Yoxlama Komandası ilə əlaqə saxlamağa imkan verir. E-poçt ünvanı təqdim etmisinizsə, şikayətinizin statusu dəyişəndə sistemdən e-poçt bildirişləri alacaqsınız.
Carlsberg ilə bağlı şikayətinizin bildirilməsi ilə bağlı və ya hər hansı suallarınız mövcuddursa, Carlsberg Azerbaijan-da Hüquq məsləhətçisi və Yerli Uyğunluq (Compliance) Nümayəndəsi İsmayıl Fərəcliyə (farajli_ir@carlsberg.az), Mərkəzi və Şərqi Avropa və Hindistan Regionunun Uyğunluq (Compliance) üzrə Baş meneceri Olqa Popandopuloya (Olga.popandopulo@carlsberg.kz) və ya Speak Up Yoxlama Komandası (speakup@carlsberg.com) ilə əlaqə saxlaya bilərsiniz.